Əli Əsgər Sultaniyə: “İranla AEBA arasında görüşdə mühüm irəliləyiş əldə edildi”

Əli Əsgər Sultaniyə: “İranla AEBA arasında görüşdə mühüm irəliləyiş əldə edildi”
# 14 dekabr 2012 08:34 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Dekabrın 13-də Tehranda İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında növbəti müzakirələr keçirilib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə açıqlama verib.

O bildirib ki, agentliyin icraçı direktorunun müavini Herman Nakaertsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş faydalı keçib: “Müzakirələr konstruktiv oldu və mühüm irəliləyiş əldə edildi. Görüşdə İranla agentlik arasında növbəti müzakirələrin 2013-cü il yanvarın 13-də keçirilməsi barədə razılıq əldə olundu”. Ə.Sultaniyə İranın nüvə fəaliyyətinin tamamilə şəffaf və AEBA-nın qaydaları çərçivəsində olduğunu deyərək, ölkəsinin nüvə haqqından geri addım atmasının müzakirə mövzusu olmayacağını vurğulayıb.

Qeyd edək ki, İranla AEBA arasında müzakirələr 2012-ci ilin yayında Vyanada başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR