Yevlaxda mal-qara oğurlayan qəssablar tutulub

Yevlaxda mal-qara oğurlayan qəssablar tutulub
# 26 dekabr 2012 17:49 (UTC +04:00)

Yevlax. Elvin Yaqubov-APA. Yevlaxda mal-qara oğurluğu ilə məşğul olan şəxslər tutulub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə Qaraməmmədli kəndi ərazisindəki otlaq sahəsindən 4 baş iri buynuzlu mal-qaranı oğurlayan şəxslər həbs edilib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində inəkləri oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakinləri, 1975-ci il təvəllüdlü Azər Əliyev və 1982-ci il təvəllüdlü Mərdan Əliyev tutularaq istintaqa təhvil verilib. Məlum olub ki, həmin şəxslər Tərtər rayonunda qəssablıq fəaliyyəti ilə məşğul olurlar və oğurladıqları heyvanları da kəsərək özlərinin ət mağazasında satıblar. Əvvəllər oğurluğa görə həbsdə olmuş həmin şəxslər son vaxtlar Tərtər və Yevlaxın digər kəndlərində də mal-qara oğurladıqlarını etiraf ediblər.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR