BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin 50 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin 50 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib
# 27 noyabr 2012 12:40 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasında Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin yaradılmasının 50 illik yubileyinə həsr olunmuş “Kitabxanaçılıq-informasiya fəaliyyəti qlobal informasiya cəmiyyətində” mövzusunda respublika elmi konfransı keçirilib. Kitabxanadan APA-ya verilən xəbərə görə, konfransda Mədəniyyət və Turizm Nazirliyinin, Prezident Kitabxanasının əməkdaşları, BDU-nun tələbələri iştirak ediblər. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, kitabxanalar ölkənin zəngin elm xəzinəsinin qorunub saxlanması, informasiya mənbələrinin tələbatçılara çatdırılması üçün ən vacib vasitədir. Kitabxanalar öz ictimai funksiyalarını o zaman uğurla yerinə yetirə bilərlər ki, orada bacarıqlı, hazırlıqlı, öz peşəsini sevən kitabxanaçı mütəxəssislər işləsinlər. Azərbaycanda belə mütəxəssislərin hazırlanması ilə məşğul olan əsas təhsil ocağı məhz BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsidir.

M. Əhmədov deyib ki, indiyədək fakültəni 6 mindən çox məzun bitirib. Hazırda fakültənin 29 nəfərlik professor-müəllim kollektivi 450 nəfər bakalavr və magistranta bu peşənin sirlərini öyrədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR