Qvatemalada ikisi məmur olmaqla 7 nəfər öldürülərək yandırılıb

Qvatemalada ikisi məmur olmaqla 7 nəfər öldürülərək yandırılıb
# 25 dekabr 2012 00:29 (UTC +04:00)

Bakı-APA. Qvatemalada naməlum şəxslər yeddi nəfəri qətlə yetirib. APA-nın Meksika KİV-lərinə istinadən verdiyi xəbərə görə, ölənlər arasında dövlət qurumlarının 2 məmuru da var.

Qvatemala DİN-nin məlumatına görə, qətlə yetirilənlərdən ikisi qadındır – onlardan biri Çikimula departamentinin prokuroru, o birisi isə El-Proqreso departamentin sosial işlər üzrə katibliyinin rəhbəridir.

Öldürülənlərin cəsədləri iki avtomobilin salonuna yığılaraq yandırılıb. Polisin məlumatına görə, qətldən qabaq qurbanlardan biri qohumlarına zəng edərək naməlum şəxslər tərəfindən bir neçə avtomobillə təqib olunduqları barədə məlumat verib.

Cinayətin motivləri və onu törədənlər hələ müəyyən olunmayıb, polis istintaq aparır.

Qeyd edək ki, Qvatemalada Meksikadan ABŞ-a narkotik daşımasını həyata keçirən beynəlxalq şəbəkə fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR