Andrey Klimov: “Qəbələ RLS Rusiya üçün strateji əhəmiyyətə malikdir”

Andrey Klimov: “Qəbələ RLS Rusiya üçün strateji əhəmiyyətə malikdir”
# 23 noyabr 2012 12:20 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. “Aydındır ki, Qəbələ RLS Rusiya üçün strateji əhəmiyyətə malikdir və xarici hərbi obyektlərin sizin ərazinizdə yerləşməsi məsələsini həll etmək Azərbaycanın suveren hüququdur. Bu məsələdə konsensus axtarıb tapmaq lazımdır”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın “Yediyana Rossiya” Partiyası Ali Şurasının Rəyasət Heyətinin üzvü Andrey Klimov deyib. O bildirib ki, bu məsələyə üç aspektdən yanaşmaq lazımdır – siyasi, hərbi-texniki və maliyyə: “Mən hesab edirəm ki, bizim çatmaq istədiyimiz “qızıl orta” bu nöqtələrin arasındadır”.

İkitərəfli əlaqələrin inkişafını şərh edən A. Klimov bu əlaqələrin dinamik inkişaf etdiyini söyləyib: “Bizim münasibətlərimiz daim inkişafdadır və bəzi məqamlarda nümunəvi sayıla bilər.”

Qonaq təkcə siyasi və iqtisadi sahələrdə deyil, vətəndaş cəmiyyətləri və gənclər səviyyəsində də əlaqələrin inkişafını vacib sayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR