Azərbaycan və Rusiya arasında əmək miqrasiyası siyasətinin tənzimlənməsi haqqında saziş imzalanacaq

Azərbaycan və Rusiya arasında əmək miqrasiyası siyasətinin tənzimlənməsi haqqında saziş imzalanacaq
# 05 dekabr 2012 09:46 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Rusiya əmək və sosial müdafiə nazirinin müavini Tatyana Blinova bildirib.

Onun sözlərinə görə, bu məsələnin həlli təkcə Rusiya federasiya ərazisində deyil, bütün ölkələrdə, o cümlədən postsovet məkanında əmək fəaliyyətinin leqallaşdırılmasından asılıdır: “Azərbaycanda əmək fəaliyyətinin leqal həyata keçirilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsi, vergilərin ödənilməsi və əmək sığorta stajına dair sənədlərin alınması məsələlərinə böyük diqqət yetirilir. İkitərəfli əməkdaşlığımız əmək miqrantlarının pensiya təminatı və tibbi sığortası ilə bağlı problemləri həll etməyimizə imkan verərdi”.

Nazir müavini qeyd edib ki, sözügedən məsələlər həm Azərbaycan, həm də Rusiya tərəfini narahat edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR