Dağıstan müftisi iki təriqətin şeyxi seçilib

Dağıstan müftisi iki təriqətin şeyxi seçilib
# 28 noyabr 2012 14:44 (UTC +04:00)

Dağıstan. Telman Tahirli – APA. Dağıstan müftisi Əhməd Hacı Abdullayev Nəqşibəndi və Şəzəli təriqətlərinin şeyxi seçilib.

APA-nın Dağıstan müxbirinin məlumatına görə, Əhməd Hacı Abdullayev şeyx olmaq və müridlərə malik olmaq hüququna malikdir.

Abdullayev bu il avqustun 28-də terror aktı nəticəsində öldürülən Şeyx Səid Əfəndidən 2010-cu ildə dini rəhbər statusu alıb, lakin bu indiyədək gizli saxlanılıb. Onun bu hüququ qəbul etməsi yeni sual ortaya çıxarıb – Dağıstan müftisi vəzifəsini də saxlayacaqmı? Yoxsa bu vəzifə başqa şəxsə keçəcək?

Dağıstan Dini İdarəsi nəticə çıxarmaqda tələsməməyi məsləhət görür. Çünki müfti vəzifəsi şeyx olmağa mane olmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR