Qubada şəhid türk əsgərlərinin xatirəsinə abidə ucaldılıb - FOTO

Qubada şəhid türk əsgərlərinin xatirəsinə abidə ucaldılıb - <span style="color: red;">FOTO
# 22 noyabr 2012 09:27 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Quba rayonunun İqrıq kəndində 1918-ci ildə şəhid olan türk əsgərlərinin şərəfinə ucaldılmış abidə kompleksinin açılışı olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun, Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun şəhidlərin xatirəsinə göstərilən ehtirama görə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, 1918-ci ilin mart soyqırımı zamanı Qubada türk əsgərləri də şəhid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR