İran parlamentinin erməni deputatı: “İranda azərbaycanlılar böyük çoxluq təşkil edir, yəni 30 milyona yaxındır”

İran parlamentinin erməni deputatı: “İranda  azərbaycanlılar böyük çoxluq təşkil edir, yəni 30 milyona yaxındır”
# 21 noyabr 2012 14:42 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu İran parlamentinin deputatı, İran-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Karen Xanlaryan keçirdiyi mətbuat konfransında bildirib. K. Xanlaryan deyib ki, Azərbaycan dövlət kimi farsların Şirvan əyalətində sonradan yaranıb: “İrana kimi azərbaycanlı anlayışı da coğrafi məna daşıyıb, bu insanlar etnik iranlılardır. İranda azərbaycanlılar böyük çoxluq təşkil edir, yəni 30 milyona yaxındır. Lakin onların Azərbaycan Respublikasında yaşayan xalqla heç bir bağlılığı yoxdur. Onların hətta əlifbaları belə fərqlidir. İran azərbaycanlıları ərəb əlifbası, Azərbaycan əhalisi isə latın əlifbasının məlum olmayan növü ilə yazırlar. İran azərbaycanlıları yerli ermənilərlə ənənəvi dostluq münasibəti saxlayırlar, erməni mövqeyindən çıxış edirlər və tamamilə Qafqazın cənubunda yaşayan tatarlara bənzəmirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR