Azərbaycan müdafiə təyinatlı yeni məmulatların yaradılması üçün elmi-tədqiqat işləri aparır

Azərbaycan müdafiə təyinatlı yeni məmulatların yaradılması üçün elmi-tədqiqat işləri aparır
# 15 dekabr 2012 09:56 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) müdafiə təyinatlı yeni məmulatların yaradılması üçün elmi-tədqiqat işləri aparır. APA-nın məlumatına görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov «Respublika» qəzetində dərc olunmuş məqaləsində bildirib.

Nazir bildirib ki, MSN Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 11 mövzu üzrə elmi-tədqiqat və təcrübi konstruktor işləri aparılır. Bununla yanaşı, iş planına uyğun olaraq 9 istiqamətdə 24 mövzu üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.

Milli Aerokosmik Agentliyin (MAKA) 2012-ci il üzrə elmi-təşkilati fəaliyyətində müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı, xüsusi təyinatlı avtomobillər üzərində müxtəlif çaplı silahların quraşdırılması, aerokosmik məmulatların emalı prinsiplərinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, ekoloji monitorinq məsələlərinin həllinə xüsusi yer verilib. Bununla yanaşı, cari ildə MAKA-da elmi-tədqiqat işlərinin təsdiq olunmuş iş planına uyğun olaraq 32 mövzu üzrə məmulatların yaradılması istiqamətində işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR