Bakıda NGN texnologiyası ilə əhatə olunan yaşayış məntəqələrinin sayı artır

Bakıda NGN texnologiyası ilə əhatə olunan yaşayış məntəqələrinin sayı artır
# 29 noyabr 2012 11:14 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Bakıda NGN texnologiyasının əhatə etdiyi yaşayış məntəqələrinin sayını artırıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, hazırlanan tədbirlər planına uyğun olaraq Xəzər rayonunun Qala kəndində 1 104 nömrə tutumlu, Türkan sovxozunda 512 nömrə tutumlu, Sabunçu rayonunun Pirşağı kəndində 1 472 nömrə tutumlu, Sabunçu rayonunun Ramana sovxozunda 1 632 nömrə tutumlu, Sabunçu rayonunun Pirşağı sovxozunda 150 nömrə tutumlu ATS-in NGN tətbiqi ilə qurulması işləri başa çatdırılıb. Bundan başqa BTRİB şəbəkəsi üzrə mövcud ATS-lərdə genişzolaqlı internet xidmətinin tutumu 7 min port artırılıb.


Qeyd edək ki, işlər «Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na (2011-2013-cü illər) uyğun olaraq BTRİB-in Bakı şəhərinin bütün stansiyalarının NGN texnologiyası əsasında tamamilə yenidən qurulması layihəsi çərçivəsində həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR