Rusiya XİN: “Moskva İsrailin mövqeyindən ciddi şəkildə narahatdır”

Rusiya XİN: “Moskva İsrailin mövqeyindən ciddi şəkildə narahatdır”
# 03 dekabr 2012 11:50 (UTC +04:00)

<b><i>Rusiya Xarici İşlər Nazirliyi İsrailin işğal etdiyi Fələstin ərazisində yeni yaşayış məskənləri inşa etməsini sərt tənqid edib</i></b>

Moskva. Fərid Əkbərov-APA. Rusiya Xarici İşlər Nazirliyi İsrailin işğal etdiyi Fələstin ərazisində yeni yaşayış məskənləri inşa etməsini sərt tənqid edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-dən verilən açıqlamada rəsmi Moskva İsraildən Fələstin bölgəsinə edilən iqtisadi yardımların dayandırılmamasını istəyib: “Biz İsrail hökumətindən ev inşası ilə bağlı planlarını dəyişdirməsini və Fələstinə pul köçürmələrini davam etdirməsini tələb edirik. Moskva İsrailin mövqeyindən ciddi şəkildə narahatdır. İsrailin 1967-ci ildə içğal etdiyi Şərqi Qüds daxil Fələstin torpaqlarında yeni yaşayış məskənləri salması qanuni deyil. Bütün beynəlxalq təşkilatların reaksiya verdiyi bu hadisələri Rusiya da qəbul etmir və qınayır”.

Pul köçürmələrinin dayandırılmasının Fələstin dövlətinin büdcəsində önəmli bir kəsirə səbəb olacağını bildirən Rusiya XİN bunun Fələstin torpağında yaşayan insanların onsuz da çətin olan sosial həyatınlarına mənfi təsir edəcəyini bildirib.

Qeyd edək ki, İsrail dövləti noyabrın 30-da Şərqi Qüds daxil olmaqla, Fələstin torpaqlarında 300 yeni ev inşa edəcəyini açıqlayıb. BMT-nin Fələsin dövlətini müşahidəçi dövlət qismində tanıyandan sonra isə İsrail Fələstin hökumətinə pul köçürmələrini dayandıracaqlarını elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR