Foluke Akinradevo “Rabitə” klubundan ayrılıb

Foluke Akinradevo “Rabitə” klubundan ayrılıb
# 04 may 2015 12:55 (UTC +04:00)

Bakı – APA. Azərbaycan çempionu “Rabitə” Foluke Akinradevo ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, Super Liqanın dəyişməz qalibi 28 yaşlı amerikalı blokçu ilə başa çatan müqaviləni yeniləməyə ehtiyac duymayıb.

Bu səbəbdən də Akinradevo karyerasını ölkə xaricində davam etdirəcək. 2 qat Azərbaycan çempionuna Türkiyənin “Fənərbaxça” klubu elçi düşsə də, o, Türkiyənin ən güclüsünə “yox” cavabı verib.

Buna səbəb blokçunun İsveçrə “Volero”sundan aldığı sərfəli təklif olub. Sürix təmsilçisi ilə danışıqları yekunlaşdıran Folukenin bugünlərdə rəsmi müqaviləyə imza atacağı bildirilir. Yığmamızın lideri Natalya Məmmədovanın komanda yoldaşı olacaq Akinradevonun “Volero” ilə neçə illik razılaşdığının müddəti hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2012/2013 mövsümündə Krasnodar “Dinamo”sundan “Rabitə”yə transfer olunan blokçu həmin il və 2014/2015 mövsümündə Azərbaycan çempionu adını qazanıb. O, Bakı klubu ilə həmçinin klublararası dünya çempionatının və Çempionlar Liqasının gümüş medalçısı olub. 2012/2013 mövsümündə Super Liqanın ən yaxşı blokçusu seçilən Foluke 2013/2014 mövsümünü zədə səbəbindən boşa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR