İran prezidenti Türkiyəyə səfər edəcək

İran prezidenti Türkiyəyə səfər edəcək
# 14 dekabr 2012 21:32 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad həftəsonu Türkiyəyə səfər edəcək. APA-nın məlumatına görə, səfər Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında həyata keçirilir. Məlumata görə, R. T. Ərdoğan dekabrın 16-da Konya şəhərinə gedəcək. Bu səbəbdən M. Əhmədinejadın da dekabrın 17-də Konyaya səfər edəcəyi bildirilir. Eyni zamanda xəbərdə hər iki liderin axşam saatlarında Konya şəhərində keçiriləcək Şəb-i Aruz mərasimlərinə qatılacaqları qeyd olunub. Məlumatda həmçinin İran prezidentinin dekabrın 17-də xüsusi təyyarə ilə Konyaya səfər edəcəyi və həmin gün də ölkəsinə geri dönəcəyi vurğulanıb.

Qeyd edək ki, Türkiyənin baş naziri və İran prezidenti sonuncu dəfə oktyabrın 17-də Bakı şəhərində görüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR