QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyə yardımı müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirib

QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyə yardımı müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirib
# 14 dekabr 2012 13:08 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqə üzrə layihələrinin qəbulu dekabrın 28-də başa çatacaq. APA-nın məlumatına görə, bunu Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT layihələrinin maliyyələşdirilməsi üçün elan etdiyi müsabiqə ilə bağlı keçirilən məlumatlandırma sessiyasında şuranın katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib.

F. Qurbanov bildirib ki, sessiyanın keçirilməsində məqsəd QHT-ləri maraqlandıran suallara cavab verməkdir. F. Qurbanov müsabiqəsinin istiqamətləri, şərtləri, zəruri sənədləri və digər aspektləri haqqında məlumat verib və ərizə qəbulunun dekabrın 28-də başa çatacağını vurğulayıb. Onun sözlərinə görə, şura 11 sahə üzrə layihələri qəbul edəcək. Bunlar əsasən səhiyyə, korrupsiya, insan hüquqları, təhsil və mədəniyyət, ətraf mühitin mühafizəsi və sağlamlığın qorunması, sosial məsələlər, qaçqın və məcburi köçkünlər, şəhid ailələrinin problemləri, ailə məsələləri mövzusunda layihələrdir.

F. Qurbanov qeyd edib ki, sənədlər şuranın tələblərinə uyğun gəlməsə, layihənin qiymətləndirmə mərhələsinə keçməyəcək.

Daha sonra QHT təmsilçilərini maraqlandıran suallara cavab verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR