Azərbaycan və İranın sərhəd xidmətləri arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan və İranın sərhəd xidmətləri arasında anlaşma memorandumu imzalanıb
# 06 dekabr 2012 12:26 (UTC +04:00)

APA-nın “Fars News Agency”yə istinadən verdiyi xəbərə görə, memorandum sərhəd təhlükəsizliyini möhkəmləndirmək və ikitərəfli əlaqələri inkişaf etdirmək məqsədilə imzalanıb.

Bu münasibətlə keçirilən görüşdə İran Sərhəd Xidmətinin rəis müavini Əhməd Qaravand və Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəis müavini Fərhad Tağızadə iki ölkə arasında əlaqələrin qədim olduğunu və ikitərəfli əlaqələrin inkişafının bütün sahələrdə, o cümlədən sərhəd mühafizəsi sahəsində vacib olduğunu vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR