KİVDF-nin nümayəndə heyəti Brüsseldə səfərdədir - FOTO

KİVDF-nin nümayəndə heyəti Brüsseldə səfərdədir   - <span style="color: red;">FOTO
# 11 dekabr 2012 11:43 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Fondun Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli “Etik Jurnalistika Şəbəkəsi”nin dəvəti ilə Belçikanın paytaxtı Brüssel şəhərinə səfərdədirlər.

Fonddan APA-ya verilən xəbərə görə, KİVDF təmsilçiləri “Etik Jurnalistika Şəbəkəsi”nin Brüsseldə keçirilən konfransında iştirak edirlər. Konfrans dekabrın 10-dan 13-nə qədər davam edəcək.

Dünən beynəlxalq jurnalist təşkilatlarının və donor qurumlarının qatıldığı konfransda medianın etik prinsiplərinə münasibətdə yaranmış hazırkı durum müzakirə edilib. Müxtəlif ölkələri təmsil edən nümayəndələrdən hər biri öz ölkəsində mövcud olan proseslər barədə məlumat verib. Tədbirdə iştirak edən KİVDF təmsilçiləri də bu sahədə Azərbaycanda gedən proseslər və mövcud durum barədə kon­­frans iştirakçılarını məlumatlandırıblar.

Konfrans iştirakçıları etik standartların inkişaf etdirilməsi üçün beynəlxalq şəbəkənin inkişaf etdirilməsini vacib sayıblar.

Tədbirin sonunda KİVDF-nin icraçı direktoru Vüqar Səfərli “Etik Jurnalistika Şəbəkəsi”nin rəhbəri Aydan Uvaytla əlahiddə görüş keçirib. O, Azərbaycandakı durumun spesifik tərəfləri barədə Aydan Uvayta məlumat verib. Görüşün nəticəsi olaraq KİVDF ilə EJŞ arasında əməkdaşlıq qurulması barədə razılıq əldə edilib.

KİVDF təmsilçiləri konfransda iştirak edən digər beynəlxalq təşkilatlar və donor qurumları ilə də ayrıca görüşlər keçiriblər. Qarşılıqlı təcrübənin öyrənilməsi məqsədilə müzakirələrin başlanması baxımından İngiltərənin Tomson Fondunun təmsilçisi xanım Behina Peters ilə razılaşma əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR