«Paşa Bank»da tələb olunanadək depozitlər 6% artıb

«Paşa Bank»da tələb olunanadək depozitlər 6% artıb
# 08 noyabr 2012 12:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin aktivlərinin həcmi 2012-ci il oktyabrın 1-nə 628,361 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 29% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 30% artaraq 306,892 mln. manat, depozit portfeli 18% artaraq 352,188 mln. manat, o cümlədən müddətli depozitlər 31% artaraq 184,198 mln. manat, tələb olunanadək depozitlər isə 6,4% genişlənərək 167,990 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı 25% artaraq 175,312 mln. manat, o cümlədən nizamnamə kapitalı 27% artaraq 157 mln. manat olub.

Qeyd edək ki, son bir ildə bankın ümumi gəlirləri 41% artaraq 43,890 mln. manat, o cümlədən faiz gəlirləri 37% artaraq 37,380 mln. manat, qeyri-faiz gəlirləri 62% artaraq 6,510 mln. manat, faiz xərcləri isə 14% artaraq 10,932 mln. manata çatıb. Nəticədə, bu ilin 9 ayında bankın mənfəəti 8,988 mln. manat olub.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR