Astarada maşın elektrik dirəyinə çırpılıb, bir nəfər xəsarət alıb

Astarada maşın elektrik dirəyinə çırpılıb, bir nəfər xəsarət alıb
# 25 dekabr 2012 08:35 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Azərbaycanın Astara şəhərində yol-nəqliyyat qəzası baş verib. Rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Astara şəhəri ərazisində qeydə alınıb. Hərəkətdə olan “BMW” markalı minik avtomobili idarəetməni itirərək, yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Güclü zərbənin təsirindən avtomobil yararsız hala düşüb, xəsarət almış sərnişin, Astara şəhər sakini, 1996-cı il təvəllüdlü Elvin Emin oğlu Əkbərov isə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsilə maşından çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR