İrandan qayıdan Azərbaycan vətəndaşından narkotik maddə götürülüb

İrandan qayıdan Azərbaycan vətəndaşından narkotik maddə götürülüb
# 20 noyabr 2012 13:06 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan gömrükçüləri ölkəyə gizli yolla narkotik vasitənin gətirilməsinin qarşısını alıblar. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan gələn Azərbaycan vətəndaşı Ağaverdi Səfərov üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 48,201 qram olan heroin aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR