Xaçmazda minik avtomobili kanala düşüb, sürücü dünyasını dəyişib - YENİLƏNİB

Xaçmazda minik avtomobili kanala düşüb, sürücü dünyasını dəyişib - <span style="color: red;">YENİLƏNİB
# 20 dekabr 2012 16:15 (UTC +04:00)

Naməlum minik avtomobili Samur-Abşeron kanalına düşüb. İlkin məlumata görə, hadisə yerində bir nəfərin cəsədi görünür.

* * *

Xaçmaz Rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Pirquluoba kənd sakini, 1938-ci il təvəllüdlü Mövlan Əlifxanov idarə etdiyi “VAZ-2106” markalı 10 EZ 144 dövlət nömrə nişanlı avtomobilin idarəetməsini itirərək maşını Xan kanalına salıb. Hadisə nəticəsində M.Əlifxanov ölüb. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerində cəsədin tapılması istiqamətində axtarış aparır.

Faktla bağlı araşdırmaya başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR