Dow Jones indeksi 0,03%, S&P 500 0,02% yüksəlib, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,03%, S&P 500 0,02% yüksəlib, Nasdaq 0,1% enib
# 03 dekabr 2012 08:02 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,03% - 13 026 bəndədək, S&P 500 0,02% - 1 416 bəndədək yüksəlib, Nasdaq 0,1% - 3 010 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına makroiqtisadi göstəricilər, o cümlədən istehlak xərcləri üzrə statistik məlumatlar təsir edib.

Avropa fond bazarlarında noyabrın 30-da FTSE 100 indeksi 0,1% - 5 867 bəndədək enib, Almaniya DAX-ı 0,1% - 7 406 bəndədək yüksəlib, Fransa CAC-40-ı 1,0% - 3 524 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 721,3 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3030 (+0,3%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR