Misirdə baş vermiş iğtişaşlarda 400 nəfər xəsarət alıb

 Misirdə baş vermiş iğtişaşlarda 400 nəfər xəsarət alıb
# 28 noyabr 2012 03:29 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, prezident Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında şiddətli toqquşmalar paytaxt Qahirədən 80 km şimalda Mahalle el-Kubre şəhərində baş verib. Bu şəhərdə günorta başlanan toqquşmalar gecə saatlarında küçə döyüşləri ilə davam edib. Tərəflər odlu silahdan istifadə ediblər.

Minlərlə müxalifət tərəfdarları “müsəlman qardaşları”nın yerli ofisini ələ keçirməyə cəhd ediblər. Toqquşmalar zamanı atılan yandırıcı maddə ilə butulka yanacaq doldurma stansiyasına düşüb və yanğın başlayıb. Dava iştirakçıları daş, kəsici alətlər, dəmir parçaları və yandırıcı maddələrdən istifadə ediblər. 117 nəfər odlu silah yarası ilə xəstəxanaya çatdırılıb. Polis yalnız gecə saatlarında hadisələrə müdaxilə edib. Kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Budan sonra bir qədər ara sakitləşib.

Port Səid şəhərində etiraz aksiyası iştirakçıları islamçıların ofisinə daxil olmağa cəhd edərkən toqquşmalar baş verib. Odlu silah, kəsici alətlə silahlanmış islamçılarla toqquşmada 50 nəfər müxalifət tərəfdarı yaralanıb. Tüfəngdən açılan atəşlə yaralanan 16 yaşlı gənc ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Misirin şimalındakı Əl Mansur şəhərində etirazçılar “Müsəlman qardaşları”nın ofisinə daxil olaraq binanı yandırıblar. İslamçılar və onların köməyinə gələn polis əməkdaşları ilə müxalifətçilər arasında baş verən toqquşmalarda 25 müxalifətçi yaralanıb.

Qahirənin Təhrir meydanında etirazçılar və polislə arasındakı toqquşmalar gecə boyu davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR