Azərbaycanda «İndiqo» şirkətinə qiymətli kağız blanklarının hazırlanması və satışı üçün lisenziya verilib

Azərbaycanda «İndiqo» şirkətinə qiymətli kağız blanklarının hazırlanması və satışı üçün lisenziya verilib
# 13 dekabr 2012 14:15 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən «İndiqo» MMC-yə yeni xüsusi razılıq (lisenziya) verilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, Komitəsi tərəfindən «İndiqo» MMC-yə bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyət ilə məşğul olmaq üçün 5 il müddətinə yeni lisenziya verilib.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 15 broker fəaliyyəti, 14 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR