Qubada iki maşın toqquşub, xəsarət alanlar var

Qubada iki maşın toqquşub, xəsarət alanlar var
# 19 dekabr 2012 21:01 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Bu gün axşam saatlarında Quba – Qusar yolunun Qubanın Xucbala kəndi ərazisində keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar istiqamətində hərəkət edən Quba rayon sakini Faiq Əlimirzəyevin idarə etdiyi 50 CH 488 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil əks istiqamətdə hərəkət edən Quba rayon sakini Həkim Babayevin idarə etdiyi 40 BF 557 dövlət nömrə nişanlı “Vaz 21 06” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində “Vaz 21 06”-nın sürücüsü 48 yaşlı H.Babayev və onun sərnişini 41 yaşlı Mehriban Alışova xəsarət alıb. Xəsarət alan şəxslər Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR