Bu günədək 3810 nəfər DİN sistemində yaradılmış İctimai Şuralara üzv qəbul edilib

Bu günədək 3810 nəfər DİN sistemində yaradılmış İctimai Şuralara üzv qəbul edilib
# 27 noyabr 2012 16:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ötən dövrdə 72, o cümlədən Bakı şəhəri üzrə 42 polis sahə məntəqəsi istifadəyə verilib, habelə 33-nün tikintisi davam etdirilir. Daxili İşlər Nazirliyin (DİN) mətbuzt xidmətindən APA-ya verilən məlumata görə, bu barədə DİN-də keçirilən kollegiya iclasında çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Cavanşir Məmmədov bildirib.

C. Məmmədov Polis sahə məntəqələrinin ünvanları, telefon nömrələri, vətəndaşların qəbul günləri və saatları, orada xidmət aparan əməkdaşlar barədə zəruri məlumatlar və onların əlaqə telefonlarının nazirliyin veb saytında yerləşdirildiyini deyib: “Polis sahə məntəqələrində vətəndaşların qəbulu işi xeyli yaxşılaşıb, qəbula gələn vətəndaşların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz artıb.

İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaşların könüllü iştirakı ilə bağlı nazirliyin aidiyyəti əmrlərinin icrası da xüsusi nəzarətdə saxlanılıb, İctimai Şuraların formalaşdırılması işi yekunlaşıb və bu günədək 3 810 vətəndaş, o cümlədən 192 nəfər təqaüddə olan polis əməkdaşı Şura üzvlüyünə qəbul edilib. Cari ilin müvafiq dövrü ərzində açılması təmin edilmiş 13 720 cinayətin 70 faizi, o cümlədən 81 qəsdən adam öldürmə, 198 qəsdən sağlamlığa ağır zərər vurma, 1 614 oğurluq, 671 dələduzluq, 113 soyğunçuluq, 69 quldurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 1 231 cinayətin açılmasında, eləcə də axtarışda olan təqsirləndirilən şəxslərdən 52,6 faizinin tutulmasında polis sahə rəislərinin və polis sahə inspektorlarının iştirakı olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR