Bank Of Baku

Gəmiçilikdə əmək haqları 10% artırılıb

Gəmiçilikdə əmək haqları 10% artırılıb
# 19 mart 2018 14:52 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Novruz bayramı ərəfəsində Gəmiçilikdə çalışan üzən heyət və fəhlələrin əmək haqlarının artırılması ilə bağlı birgə qərar qəbul edib.

 

QSC-dən "APA-Economics"ə verilən məlumata görə, qərara əsasən, 2018-ci il martın 1-dən həmin şəxslərin aylıq vəzifə maaşları 10% artırılıb.

 

Qeyd edək ki, bu qərar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 8 mindən çox əməkdaşına şamil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR