Gürcüstan vətəndaşları Azərbaycanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın ediblər

Gürcüstan vətəndaşları Azərbaycanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın ediblər
# 22 noyabr 2012 08:36 (UTC +04:00)

Qazax rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dünən rayonun Yuxarı Salahlı kəndi ərazisində qeydə alınıb. Kənd ərazisində fəaliyyət göstərən "Fərid" yanacaqdoldurma məntəqəsinə gələn maskalı 2 naməlum şəxs orada işləyən Cavanşir Bayramovu tapança və avtomat silahla hədələyərək əl-qolunu yapışqanlı kağızla bağlayıblar. Quldurlar yanacaqdoldurma məntəqəsindən 4000 manat pul aparıblar.

Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Gürcüstan vətəndaşı Nodar Qaruçava tutulub. Hadisənin digər iştirakçısılarının Anquli Apşilava və Aleksandre Apşilava olduğu müəyyən edilib. Nodar Qaruçavanın idarə etdiyi "Man" markalı avtomaşına baxış zamanı hadisə törədilərkən istifadə olunmuş 1 ədəd "AK" silahı, 1 ədəd "Revolver" markalı tapança, 1 ədəd süngü-bıçaq, 1 ədəd patron darağı, 30 ədəd avtomat və 6 ədəd tapança patronu aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR