Azərbaycan XİN: Özünü müasir kimi təqdim etməyə çalışan Ermənistan prezidenti qonşu ölkənin 20 faiz ərazisini işğal etdiklərini unudur

Azərbaycan XİN: Özünü müasir kimi təqdim etməyə çalışan Ermənistan prezidenti qonşu ölkənin 20 faiz ərazisini işğal etdiklərini unudur
# 04 dekabr 2012 14:04 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan prezidenti Serj Sarkisyanın fikirlərinə münasibət bildirərkən deyib.

İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinin tam məhv edildiyini qeyd edən E. Abdullayev Xocalı soyqırımını xüsusi vurğulayıb: “Özünü günahsız göstərməyə çalışan rəsmi İrəvan və erməni diasporu unutmamalıdır ki, Xocalıda günahsız insanların ölümü ilə bağlı baş verən cinayət ədalətli qiymətini almalıdır. Ermənistan prezidenti 21-ci əsrdə müasirlikdən danışır, ancaq adi suallar qarşısında aciz qalır. O suallara həm də Azərbaycanın ərazilərinin işğalı, məcburi köçkünlərin mövcudluğu barədə məqamlar da aiddir”.

E. Abdullayev Avropa Birliyinin, o cümlədən digər dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha diqqətə çatdırıb.

Qeyd edək ki, S. Sarkisyan Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə İrəvanda keçirdiyi brifinqdə Azərbaycan ünvanına əsassız ittihamlar səsləndirib, Türkiyənin Ermənistanla sərhədləri açmalı olduğunu vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR