İranın Azərbaycandakı səfiri: “Qəzzanın son qələbəsi 2008-ci ilin qələbəsinin təkrarıdır”

İranın Azərbaycandakı səfiri: “Qəzzanın son qələbəsi 2008-ci ilin qələbəsinin təkrarıdır”
# 23 noyabr 2012 12:39 (UTC +04:00)

Bakı – APA. İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidməti açıqlama yayıb. APA-nın xəbərinə görə, açıqlamada deyilir:

“İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pak Ayin müqavimət hərəkatının 8 günlük müharibədə sionist rejimi üzərində qələbəsini 2008-ci ildə 22 günlük müharibədəki qələbənin təkrarı kimi səciyyələndirib. Pak Ayin İranın dövlət teleradiosunun Bakıdakı müxbirinə verdiyi müsahibədə sionist rejiminin Qəzzaya qarşı hücumunu beynəlxalq hüququn kobudcasına pozulması kimi dəyərləndirərək bildirib ki, müqavimət hərəkatının kəskin cavabı saxtakarlıq əsasında qurulmuş sionist rejimini bir daha zillətə və məğlubiyyətə uğratdı. İmam Hüseyn(ə) və onun silahdaşlarının şəhadət günləri münasibətilə Azərbaycan Respublikasının müsəlman xalqına başsağlığı verərək səfir əlavə edib ki, Məhərrəm ayında sionist rejimin vəhşicəsinə hücumları və müdafiəsiz qadınları və uşaqları qətlə yetirməsi dünya müsəlmanlarının və azadlıqsevərlərinin ürəyini daha da ağrıdıb. Səfir həmçinin sionistlərin bu təcavüzünün Azərbaycan Respublikasının xalqı və bir çox siyasi partiyalar və təşkilatları tərəfindən pislənilməsini müsbət hal kimi dəyərləndirərək Azərbaycan Respublikası xarici işlər nazirinin İslam Əməkdaşlıq Təşkilatının Cibutidə keçirilən xarici işlər nazirlərinin şurasının iclasında sionist rejiminin Qəzzaya təcavüzünə görə narahatlıq bildirməsini də xatırladıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR