Yunanıstanda neft emalı zavoduna silahlı basqın zamanı xəzinədən nağd pul oğurlanıb

Yunanıstanda neft emalı zavoduna silahlı basqın zamanı xəzinədən nağd pul oğurlanıb
# 24 noyabr 2012 14:12 (UTC +04:00)

Bakı – APA. Bu gün Yunanıstanın paytaxtı Afina şəhəri yaxınlığında yerləşən Aspropirqos şəhərində neft emalı müəssisəsinə silahlı basqın olub.

APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi xəbərə görə, dörd nəfərdən ibarət olan və «Kalaşnikov» avtomatı ilə silahlanmış dəstə zavodun inzibati binasına daxil olaraq xəzinədən nağd pul oğurlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Polis oğurluğu törətmiş şəxsləri axtarır.

Qeyd edək Ki, son illər Yunanıstanda müşahidə olunan iqtisadi böhran zamanı yaşayış evləri və ticarət obyektlərinə islahlı basqınlar və soyğunçuluq hallarının sayı xeyli artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR