Dağıstanda silahlılar jurnalistləri yalan xəbərlərə görə ölümlə hədələyir

Dağıstanda silahlılar jurnalistləri yalan xəbərlərə görə ölümlə hədələyir
# 05 dekabr 2012 21:48 (UTC +04:00)

Dağıstan. Telman Tahirli – APA. Bir qrup özünü mücahid adlandıran silahlı Dağıstan jurnalistlərinə, “KİV-lərdə Dağıstan müsəlmanlarına zərər verəcək yalan və dəqiqləşdirilməyən faktların dərc olunmasını dayandırmaq” tələbi ilə müraciət edib. Onların sözlərinə görə, “əks halda, jurnalistləri ölüm hökmü gözləyir”. Bu barədə APA-nın Dağıstan müxbiri məlumat verir.

Qeyd olunan müraciətdə deyilir: “Dağıstan mücahidləri yerli və dünya KİV-ləri diqqətlə izləyir. Diqqətdən yayınan xəbər olduqda belə, onlar bu barədə məlumatı sadə müsəlmanlardan şikayət şəkilində alırlar. Dağıstan meşələri Amazon deyil, və onlar kimsəсиз adada yaşamır. Bütün məlumat onlara hər ay qəzet və ya jurnalistlərin efir, məqalə və ədəbsiz hərəkətləri yer almış fleşka şəklində daxil olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR