Müsavat qurultayını Gürcüstanda keçirməmək qərarının səbəbini açıqlayıb

Müsavat qurultayını Gürcüstanda keçirməmək qərarının səbəbini açıqlayıb
# 24 dekabr 2012 15:28 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. Müsavat Partiyasının Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısını keçirib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda bildirilib ki, Müsavat Partiyası növbəti qurultayını keçirmək üçün 2012-ci il ərzində dörd dəfə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edərək, bu məqsədlə 800-1000 nəfərin yerləşə biləcəyi yer ayrılmasını xahiş edib. Lakin adıçəkilən qurum partiyaya qurultayın keçirilməsi üçün münasib yer ayırmaqdan imtina edib. Təklif olunan yerlər isə qurultayın keçirilməsi üçün yararlı olmayıb. Qurultayın Gürcüstanda keçirilməsinə dair aparılan danışıqlar nəticəsində tədbirin bu ölkədə keçirilməsinin mümkünlüyü aydınlaşıb. Lakin bu məsələnin Gürcüstanda yeni formalaşan hakimiyyətlə Azərbaycan hakimiyyəti arasında problemlər yarada biləcəyini nəzərə alaraq, biz qurultayın ölkədə keçirilməsinin tərəfdarıyıq”.

Yığıncaqda bir daha Bakı Şəhər İcra Hakimiyyətindən Müsavat Partiyasına 800-1000 nəfərlik müvafiq yer ayırmaq tələb olunub. İclasda partiyanın nizamnaməsi və proqramının təkmilləşdirilməsi istiqamətində təklif olunan dəyişiklikləri müzakirə edilərək dəyərləndirib. Təşkilat Komitəsində həmçinin qurultaya hazırlıqla bağlı son texniki işlərin yekunlaşmasına dair razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR