Azərbaycanın fövqəladə hallar naziri Latviyanın baş naziri ilə görüşüb - FOTOSESSİYA - VİDEO

Azərbaycanın fövqəladə hallar naziri Latviyanın baş naziri ilə görüşüb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 28 noyabr 2012 16:57 (UTC +04:00)

APA-nın xəbərinə görə, K. Heydərov əvvəlcə rəhbərlik etdiyi nazirliyin fəaliyyəti haqqında qonağı məlumatlandırıb. O bildirib ki, Azərbaycan və Latviya xüsusən daxili işlər və fövqəladə hallar nazirlikləri səviyyəsində çoxdan əməkdaşlıq edir: “Latviya bizə dost və qardaş olan bir ölkədir. Biz imzalanmış sazişlər çərçivəsində əməkdaşlığı davam etdiririk”.

V. Dombrovskis isə Latviya ilə Azərbaycan arasında münasibətlərin pozitiv inkişaf etdiyini, fəal siyasi dialoqun mövcud olduğunu, qarşılıqlı səfərlərin, birgə layihələrin həyata keçirildiyini söyləyib. O qeyd edib ki, əməkdaşlıq həm ikitərəfli əsasda, həm də Avropa Birliyi, NATO səviyyəsində həyata keçirilir. Qonaq ümid etdiyini bildirib ki, bu əməkdaşlıq inkişaf edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR