Bakıda istehlakçı hüquqlarının müdafiəsinə həsr olunmuş seminar keçirilib

Bakıda istehlakçı hüquqlarının müdafiəsinə həsr olunmuş seminar keçirilib
# 14 dekabr 2012 16:37 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Qərb Universitetində «İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir» mövzusunda seminar keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu təhsil müəssisəsinin 120-yə yaxın müəllim və tələbəsi iştirak etdiyi tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində Dövlət Xidməti tərəfindən görülən işlər barədə məlumat verib, istehlakçıların maarifləndirilməsinin əhəmiyyəti vurğulayıb.

Bildirilib ki, Dövlət Xidməti tərəfindən 2012-ci ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 15 adda 178 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 19 min yaddaş kitabçası hazırlanaraq paylanıb, televiziya kanallarında sosial reklam çarxları yayımlanıb.

Sonra Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir» mövzusunda məruzə ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR