Qədir Rüstəmova məxsus əşyalar Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olunub - FOTO

Qədir Rüstəmova məxsus əşyalar Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olunub  - <span style="color: red;">FOTO
# 26 dekabr 2012 11:45 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın xalq artisti, görkəmli xanəndə Qədir Rüstəmovun (1935-2011) şəxsi əşyaları, sənədləri və təltif nişanları Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olunub. Muzeydən APA-ya verilən xəbərə görə, xanəndənin həyat yoldaşı Fatma Azadi tərəfindən təqdim olunan əşyalar sırasında görkəmli muğam ustası Xan Şuşinskinin 1965-ci ildə Qədir Rüstəmova bağışladığı qaval və qəlyan, xanəndənin qəlyan kolleksiyası, qızıl və gümüş üzükləri, “Xalq artisti”, “Əməkdar artist” vəsiqələri, “Şöhrət” ordeni və s. əşyalar var.

Muzeyin direktoru Nailə Vəlixanlı Qədir Rüstəmova məxsus əşyaların Muzeyin eksponatları sırasında layiqli yer tutacağını qeyd edib.

Xatırladaq ki, Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında XIX - XX əsr Azərbaycanın tanınmış bəstəkar, müğənni, musiqiçiilərin şəxsi əşyaları və sənədlərindən ibarət zəngin kolleksiya qorunur. Bu materiallar əsasında Muzeyin dailmi ekspozisiyasının “XIX - XX əsrin əvvəllərində mədəniyyət” bölümündə müvafiq sektor qurulub, maestro Niyaziyə həsr olunmuş sərgi keçirilib və kataloq nəşr olunub, Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş sərgilər təşkil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR