Sabah ölkə ərazisində yağmursuz hava gözlənilir

Sabah ölkə ərazisində yağmursuz hava gözlənilir
# 29 noyabr 2012 11:19 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, noyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-10, gündüz 13-18 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında noyabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı -ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 12-17, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR