Ucarda sürücü avtomobilini yol kənarındakı maşına çırparaq ağır xəsarət alıb

Ucarda sürücü avtomobilini yol kənarındakı maşına çırparaq ağır xəsarət alıb
# 21 noyabr 2012 17:53 (UTC +04:00)

Ucar. Elvin Yaqubov-APA. Ucar şəhərinin Azərbaycan küçəsində avtomobil qəzası baş verib. APA-nın məlumatına görə bu gün axşam saatlarında rayonun Yuxarı Şilyan kənd sakini 1986-cı il təvəllüdlü Xəyal Əliyev idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və maşınını yolun kənarında dayanmış “Mersedes” markalı yük maşınına çırpıb. Hadisə nəticəsində sürücü Xəyal Əliyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Faktla bağlı Ucar rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR