Ağdaş rayonunun inzibati ərazi bölgüsünə dəyişikliklər ediləcək

Ağdaş rayonunun inzibati ərazi bölgüsünə dəyişikliklər ediləcək
# 30 noyabr 2012 08:44 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Bu gün Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, komitədə əvvəlcə “Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunub.

Layihə barədə məlumat verən komitə sədri Arif Rəhimzadə bildirib ki, Ağdaşda bəzi kəndlər ləğv olunaraq şəhərə birləşdiriləcək. Ağdaş rayonunda yerləşən Yuxarı Qəsil, Dəhnəxəlil, Aşağı Zeynəddin, Qaradağlı kəndlərinin bir hissəsi və Məşəd kəndi bütövlüklə Ağdaş şəhərinə birləşdiriləcək. Bununla da Məşəd kəndi Dövlət reyestrindən çıxarılacaq. A.Rəhimzadə bildirib ki, qanuna edilən dəyişiklikdən sonra Ağdaş şəhərinin ərazisi 1237 ha artaraq 2307 ha təşkil edəcək. Komitənin iclasında, həmçinin Astara rayonu ərazisində yerləşən Ərçivan kəndinə qəsəbə statusu verilməsi barədə qanun layihəsi müzakirə olunub. Hər iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR