Azad Rəhimov: “Ermənistanın iştirakı məsələsinə dövlət səviyyəsində təminat vermişik”

Azad Rəhimov: “Ermənistanın iştirakı məsələsinə dövlət səviyyəsində təminat vermişik”
# 28 noyabr 2012 16:59 (UTC +04:00)

Bakı – APA. “Ermənistanın iştirakı məsələsinə dövlət səviyyəsində təminat vermişik”. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

O, Bakıda keçiriləcək 2015-ci il Dünya Kuboku və 2016-cı il Şahmat Olimpiadasında Ermənistan millisinin iştirakında hansısa problemin olmadığını deyib. Nazir bu yarışların ölkəmizdə keçirilməsi ilə bağlı müqavilə imzalama mərasimində bildirib Azərbaycan onlara tam təminat verib: “İlk dəfə deyil ki, Azərbaycana bu ölkədən idmançılar gəlirlər. Eyni zamanda cüdo və hazırda boks yığmalarımız İrəvandadırlar Onlar oteldə yerləşdiriliblər, heç bir problem yoxdur. Əlaqə saxlayırıq, hər şey qaydasındadır. İnanırıq ki, İrəvanda Azərbaycan himni səsləndiriləcək, dövlət bayrağı yüksələcək. Gözləyirik ki, olimpiada ərəfəsində Ermənistan öz nümayəndə heyətinin tərkibini göndərəcək. Ermənistan nümayəndə heyəti ilk dəfə gələndə danışıqlar gərgin keçdi. 8 sənədə qol çəkdik. Amma sonralar davamlı iştirak olandan sonra belə razılığa gəldik ki, dövlət tərəfindən zəmanət məktubunun verilməsi kifayətdir”.

Rəhimov FİDE prezidenti Kirsan İlyumjinovun Dağlıq Qarabağ Muxtar Respublikasında Azərbaycan və Ermənistanın yeniyetmələrdən ibarət komandaları arasında yarışın keçirilməsini də dəstəklədiyini deyib: “İlyumjinov öz tərəfindən belə bir açıqlama vermədiyini söyləyib. Mən bunu dəstəkləyirəm. Əgər Dağlıq Qarabağ Muxtar Respublikasında bu turnir keçirilsə, iştirak edə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR