Ramin Mehmanpərəst: “İranın xarici siyasətində Türkiyənin xüsusi yeri var”

Ramin Mehmanpərəst: “İranın xarici siyasətində Türkiyənin xüsusi yeri var”
# 25 dekabr 2012 13:44 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Türkiyədə səfərdə olan İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst AKP sədrinin müavini Hüseyn Çelik ilə görüşüb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, görüşdə iki ölkə arasında əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirilməsi müzakirə edilib.

R.Mehmanpərəst bildirib ki, iki böyük ölkə olan İran və Türkiyənin bölgədəki problemlərin həlli üçün əməkdaşlığı zəruridir: “Siyasətimizi sağlam fikirlə yürütməliyik. İranla Türkiyənin əlaqələri strateji əhəmiyyət daşıyır. Odur ki, İsrail bu iki ölkə arasındakı yaxşı əlaqələrə qarşıdır. İranın xarici siyasətində Türkiyənin xüsusi yeri var”.

Görüşdə R.Mehmanpərəst H.Çeliyi İrana da dəvət edib. H.Çelik isə öz növbəsində bildirib ki, iki ölkə rəsmilərinin bəyanatları Türkiyə və İranın iradəsinə zidd olmadığından, ikitərəfli əlaqələri zədələməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR