Barak Obama dünyanın ən nüfuzlu şəxsləri siyahısına başçılıq edir

Barak Obama dünyanın ən nüfuzlu şəxsləri siyahısına başçılıq edir
# 06 dekabr 2012 01:36 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin Forbes jurnalının tərtib etdiyi dünyanın ən nüfuzlu şəxsəlrinin siyahısında üçüncü yeri tutub.

70 nəfərlik siyahıda birinci yer isə ABŞ dövlət başçısı Barak Obamaya məxsusdur. Obama ikinci ildir bu siyahıda birinci yeri tutur.

İkinci yerdə Almaniya federal kansleri Angela Merkel qərarlaşıb.

İlk onluğa həmçinin Microsoft-un yaradıcısı Bill Geyts, Roma papası XVI Benedikt, ABŞ Federal ehtiyatlar xidmətinin rəhbəri Ben Bernanke, Səudiyyə Ərəbistanı kralı Abdulla ben Əbdül Əziz, Avropa Mərkəzi Bankının prezidenti Mario Draqi, Çin Kommunist Partiyasının yeni baş katibi Si Tszinpin və Böyük Britaniyanın baş naziri Devid Kemeron düşüblər.

Siyahıya dövlət başçıları, siyasətçilər, din xadimləri, biznesmenlərlə yanaşı cinayətkar aləmin təmsilçiləri də daxil ediliblər. Belə ki, Meksikanın Sinaloa narkokartelinin başçısı Xoakin Qusman Loera dünyanın ən nüfuzlu şəxsləri arasında 63-cü yerdədir.

Siyahıda 70-ci yerdə «Qazprom» şirkətinin başçısı Aleksey Millerdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR