l rübdə Azərbaycanda 130-dan artıq çoxmərtəbəli bina qazlaşdırılıb

l  rübdə Azərbaycanda 130-dan artıq çoxmərtəbəli bina qazlaşdırılıb
# 14 aprel 2015 08:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi təbii qaz verilmiş çoxmərtəbəli binaların sayını açıqlayıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, “Azəriqaz” bu ilin birinci rübü ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 131 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 2 947 ailə yaşayır.

Qurumun məlumatında bildirilir ki, ümumiyyətlə, “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə mavi yanacaqla təmin olunmasında maraqlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR