Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,6%, Nasdaq 0,2% yüksəlib
# 21 dekabr 2012 06:35 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 13 312 bəndədək, S&P 500 0,6% - 1 444 bəndədək, Nasdaq 0,2% - 3 050 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarına nümayəndələr palatasının spikeri Con Bonerin bəyanatı təsir edib. C.Boner bildirib ki, büdcənin sekvestrinə yol verməmək məqsədi ilə kompromisin tapılması üçün konqreslə prezident administrasiyası arasında danışıqlar davam etdiriləcək.

Avropa fond bazarlarında dekabrın 20-də FTSE 100 indeksi 0,1% - 5 958 bəndədək enib, Almaniya DAX-ı 0,1% - 7 672 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3 667 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,6% azalaraq 1 641,9 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3200 (-0,2%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR