Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsinə dair danışıqlarda müəyyən tərəqqiyə nail olunub

Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsinə dair danışıqlarda müəyyən tərəqqiyə nail olunub
# 14 noyabr 2012 11:39 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev açıqlama verib.

“Bütün məsələlərin müzakirə olunduğunu və tərəflərin qarşılıqlı razılığa gəldiyini demək olmaz, amma müəyyən məsələlərlə bağlı tərəqqi var. Çox güman ki, növbəti görüş gələn il Brüsseldə keçiriləcək”.

Xatırladaq ki, Azərbaycanla AB arasında viza rejiminin sadələşdirilməsi və readmissiyaya dair danışıqların son raundu noyabrın 6-7-də Bakıda keçirilib.

Azərbaycanla AB arasında assosiativ sazişə gəldikdə isə, nazir müavini bildirib ki, tərəflər bu məsələ ilə bağlı videokonfransları davam etdirirlər.

Mahmud Məmmədquliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı danışıqlara da toxunub. Onun sözlərinə görə, dekabrın 7-də Cenevrədə Azərbaycanın ÜTT-yə qəbul olmasına dair işçi qrupun 10-cu görüşü keçiriləcək: “Bu vaxta qədər kənd təsərrüfatı ilə bağlı çoxtərəfli danışıqların keçirilməsi barədə razılaşma əldə olunub, həmçinin bir sıra ölkələr ikitərəfli danışıqlar keçirmək arzusunu ifadə ediblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR