Xəzər hövzəsinin çirklənmədən qorunması haqqında Protokol razılaşdırılıb

Xəzər hövzəsinin çirklənmədən qorunması haqqında Protokol razılaşdırılıb
# 12 dekabr 2012 16:50 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Xəzəryanı ölkələr dəniz hövzəsinin çirklənmədən qorunması haqqında Protokolu razılaşdırıblar. APA-nın “Qolos Rossii” radiosuna istinadən verdiyi məlumata görə, sənədin mətni Xəzər hövzəsinin mühafizəsi üzrə Tehran Konvensiyası iştirakçılarının nazirlər konfransının 4-cü sessiyasında tam razılaşdırılıb. Sənəd dənizə yerüstü mənbələr tərəfindən atılan zərərli tullantıların azaldılmasını nəzərdə tutur.

Sessiyada Xəzəryanı ölkələrin ekologiya nazirləri iştirak edib.

Xatırladaq ki, Tehran Konvensiyasına 5 Xəzəryanı ölkə qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR