Bakıda Azərbaycan-Latviya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Latviya biznes forumu keçiriləcək
# 21 noyabr 2012 14:02 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 28-də Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Latviya biznes forumu keçiriləcək.

Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə maliyyə, inşaat və inşaat materialları, qida sənayesi, kənd təsərrüfatı, maşınqayırma, nəqliyyat, turizm, sənaye, əczaçılıq, metallurgiya, liman və logistika, ticarət, plastik və şüşə qablaşdırma və digər sektorları təmsil edən Latviya şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Tədbirdə iştirak etmək istəyən iş adamları Azpromo-ya müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR