Cənubi Koreyada ilk dəfə qadın prezident seçilib

Cənubi Koreyada ilk dəfə qadın prezident seçilib
# 19 dekabr 2012 18:49 (UTC +04:00)

Bakı-APA. Cənubi Koreyada keçirilmiş prezident seçkilərində müxalifətçi Birləşmiş Demokratik partiyadan olan namizəd Mun Çje İn öz məğlubiyyətini etiraf edib.

Hələ bülletenlərin cəmi 10%-nin sayılmasına baxmayaraq, Mərkəzi Seçki Komissiyası Pak Kın Xenin 51,6% səslə seçkidə qalib gəldiyini elan edib. Onun rəqibi Mun Çje İn səslərin 48%-ni toplayıb. Beləliklə, Pak Kın Xe Cənubi Koreyanın ilk qadın prezidenti olub.

Hazırkı prezident Li Men Bakın səlahiyyət müddəti 2013-cü ilin fevralında bitir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR