Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri qeyri-hökumət təşkilatlarının I Forumu keçirilib - FOTOSESSİYA

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri qeyri-hökumət təşkilatlarının I Forumu keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 27 noyabr 2012 14:32 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri qeyri-hökumət təşkilatlarının I Forumunun açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, forumun keçirilməsində məqsəd quruma üzv ölkələrin QHT-ləri arasında əməkdaşlıq əlaqələrinin koordinasiya edilməsi, regionda reallaşdırılan layihələrə ictimai dəstək verilməsi, qarşılıqlı əməkdaşlığa, münaqişələrin aradan qaldırılması təcrübəsinə vətəndaş cəmiyyəti institutlarının potensialının sərf edilməsidir.

Forumu giriş sözü ilə açan QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev forumun Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb. A. Quliyev Azərbaycanda kifayət qədər təcrübəyə malik QHT-lərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Şura sədri forumda katibliyin yaradılacağını, forumun Nizamnaməsinin və Bakı Bəyannaməsinin qəbul olunacağını söyləyıb.

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətini oxuyub.

Mili Məclis sədrinin müavini Bahar Muradova forumun Bakıda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib, Azərbaycanda QHT-lərə Dövlət Dəstəyi Şurasının gördüyü işlərin, həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. B. Muradova bildirib ki, şura tərəfindən bu layihə və tədbirlər dövlətin dəstəyi nəticəsində həyata keçirilir.

Forumda Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Rusiya, Rumıniya, Türkiyə, Ukrayna və başqa ölkələrin nüfuzlu QHT rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri, Azərbaycanın dövlət və hökumət rəsmiləri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR