Asim Mollazadə İstanbulda Atlantika Şurasının sammitində iştirak edir

Asim Mollazadə İstanbulda Atlantika Şurasının sammitində iştirak edir
# 15 noyabr 2012 16:07 (UTC +04:00)

Bakı-APA. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Atlantika Şurasının 50 illiyi münasibətilə təşkil olunan Enerji və İqtisadiyyat sammitində iştirak etmək məqsədilə İstanbula gedib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərkəzi Vaşinqtonda yerləşən Atlantika Şurasının İstanbul sammitində bu il region dövlətlərinin liderləri, nazirləri və regiondakı aparıcı şirkətlərin rəhbərləri iştirak edir. Burada dəyişən bölgədəki yeni fürsətlər dəyərləndirilir. Enerji, təməl sərmayələr, iqtisadiyyat və siyasət sahəsində dünyanın aparıcı liderlərinin toplaşdığı sammitdə yenidən formalaşan Orta Şərq, iqtisadi böhranla mübarizə aparan Avropa və Balkan ölkələrinin iqtisadi və enerji siyasəti müzakirə olunur.

Xatırladaq ki, ötən il sözügedən Sammitin hər il dövlət və özəl qurumların rəhbərlərinin iştirakı ilə İstanbulda təşkil olunması qərara alınıb. Əvvəllər regional bir konfrans şəklində toplaşan qurumun adı dəyişdirilərək "Atlantika Şurası Enerji və İqtisadiyyat Zirvəsi" (Atlantic Council Energy & Economic Summit) qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR